Litva Futbol Federasiyası milli komandanın baş məşqçisi Edqaras Yankauskasla yolların ayrıldığını açıqlayıb.
52 yaşlı mütəxəssisin müqaviləsinə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilib. Yankauskas beş il ərzində Litva millisində çalışıb. Mütəxəssisin istefasına səbəb kimi komandanın son oyunda Bakıda millimizə 0:1 hesabı ilə uduzması göstərilir.
Yankauskasın rəhbərliyi altında Litva millisi 2024/25 mövsümündə Millətlər Liqasının C Liqasında mübarizə aparıb, lakin qrup sonuncusu olaraq D Liqasına düşüb.