İyulda Azərbaycan futbolunda yadda qalan hadisələrdən biri yaşanacaq. Ölkənin iki köklü klubu – “Xəzər Lənkəran”la “Neftçi”nin veteranları yoldaşlıq görüşündə yaşıl meydana çıxacaqlar.
Sözügedən qarşılaşma “ağ-yaşıllar”ın 2006/07 mövsümündə qazandığı tarixi ilk çempionluğun 20 illik yubileyinə həsr olunacaq. Lənkəran Şəhər Stadionunda baş tutacaq bu böyük idman bayramının təşkilatçıları komandanın keçmiş ulduzları Alim Qurbanov və Zaur Ramazanovdur. Xüsusi matça hər iki klubun həmin tarixi mövsümdə heyətdə yer almış bütün futbolçuları dəvət olunacaq.