Azərbaycanlı hücumçu Vüsal İsgəndərli karyerasını Kosovoda davam etdirəcək.
30 yaşlı forvard bu ölkənin «Malişeva» klubu ilə anlaşıb. Keçidin detalları və müqavilənin müddəti barədə hələlik rəsmi məlumat verilməyib.
Qeyd edək ki, son mövsümü Albaniya «Partizani»sində keçirən təcrübəli hücumçunun yeni komandası növbəti mövsümə Konfrans Liqasının I təsnifat mərhələsindən başlayacaq.