Bu gün qadın voleybolçulardan ibarət millimiz Qızıl Avropa Liqasında növbəti oyununa çıxacaq. Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız turnir çərçivəsində dördüncü matçını keçirəcək. Voleybolçularımız səfərdə İspaniya yığmasının qonağı olacaqlar. Komandalar saat 20:00-da meydançaya çıxacaqlar. Xatırladaq ki, komandamız turnirə uğurlu start verərək Estoniya (3:0) və Şimali Makedoniyanı (3:0) quru hesabla məğlub etsə də, növbəti turda İsveçə (0:3) uduzub. İspaniya ilə qarşıdurmadan sonra seçməmizi qarşıda daha iki vacib oyun gözləyir. Voleybolçularımız iyunun 19-da İsrail, ertəsi isə İsveçrə ilə üz-üzə gələcəklər.
Hazırda hesabında 6 xalı olan millimiz 24 komanda arasında 11-ci pillədə qərarlaşıb.