Vinisius Junior Neymarın rekordunu qırdı

26.02.26 | 17:26
Dünya futbolu

“Real” Çempionlar Liqasının 1/8 final mərhələsində “Benfika” səddini aşdı və bu uğurun əsas memarı Vinisius Junior oldu. Madrid klubunun qalmaqallı forvardı təkcə irqçilik mövzusundakı kəskin reaksiyaları ilə deyil, həm də yüksək fərdi göstəriciləri ilə diqqət mərkəzinə düşdü.

Braziliyalı ulduz Joze Mourinyonun rəhbərlik etdiyi komandaya qarşı həm Lissabonda, həm də “Bernabeu”da qol vuraraq qarşıdurmanın taleyini faktiki olaraq həll etdi. Növbəti mərhələdə “Kral klubu”nun rəqibi “Mançester Siti” və ya “Sportinq” olacaq.

“Real”da artıq səkkizinci mövsümünü keçirən Vinisius, Çempionlar Liqasının pley-off mərhələsində “qol+ötürmə” sistemi üzrə klubun ən məhsuldar oyunçusudur. “AS” nəşrinin məlumatına görə, o, turnirdəki 20 qarşıdurmanın 17-də effektiv oyunu ilə yadda qalıb. Ümumilikdə isə pley-offun 37 matçında 14 qol vurub və 12 assist edib.

Pley-offda vurduğu bu 14 qol Vinisiusu turnirin bu mərhələsində ən yaxşı braziliyalı bombardirə çevirib və o, 13 qolla Neymarı geridə qoyub. “Real”ın Avropa Çempionlar Kuboku/Liqası tarixindəki ən yaxşı snayperləri siyahısında isə braziliyalı artıq 32 qolla altıncı pillədədir.

Vinisius indi yalnız klubun əfsanələridən geri qalır:

Ferens Puşkaş – 35 qol

Alfredo Di Stefano – 49 qol

Raul – 66 qol

Kərim Benzema – 78 qol

Kriştiano Ronaldo – 105 qol

Vinisiusun hazırkı forması da öz sözünü deyir. O, ardıcıl beş oyundur qol vurur, fevralı isə 6 qolla tamamlayıb. Belə seriyanı forvard sonuncu dəfə 2022/23 mövsümünün startında göstərmişdi. İspaniya Superkubokunun finalında “Barselona”ya qarşı qol vuraraq üç aylıq “qol quraqlığına” son qoyan braziliyalı, yenidən öz vərdiş etdiyi səviyyəyə – hər mövsüm ən azı 20 qol həddinə yaxınlaşıb.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27