“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin həlledici cavab qarşılaşmasında
İsrailin “Hapoel” (Beyer-Şeva) komandasını qəbul edəcək. Həlledici görüş ərəfəsində “bayquşlar”ın futbolçusu Velko Simiç azarkeşlərə müraciət edərək onları komandaya dəstək olmağa səsləyib.
Tarixi matç öncəsi tərəfdarların dəstəyinin həlledici rol oynayacağını vurğulayan Simiç, tribunalarda möhtəşəm atmosfer gözlədiklərini bildirib: “Biz, əlbəttə ki, qarşıdan gələn oyunu böyük səbirsizliklə gözləyirik. Bütün azarkeşlərimizə səslənirəm ki, matça gəlib stadionu doldursunlar. Birlikdə yenidən möcüzəvi bir gecə yaşaya bilərik”.
Xatırladaq ki, tərəflər arasında Rumıniyanın paytaxtı Buxarestdə keçirilən ilk matç İsrail təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Növbəti mərhələyə adlamaq üçün mütləq qələbə qazanmalı olan “Sabah”ın “Hapoel”lə həlledici cavab matçı avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Böyük maraqla gözlənilən qarşılaşmanın start fiti saat 20:45-də səslənəcək.