“Sabah” klubunun serbiyalı vingeri Velko Simiç Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda İsrailin “Hapoel” (Beer-Şeva) komandasına qarşı keçiriləcək qarşılaşmadan öncə mətbuat konfransında iştirak edib.
Təcrübəli futbolçu qarşıdakı sınağa tam motivasiya olunduqlarını və azarkeşləri sevindirmək istədiklərini bildirib: “Sabahkı oyunu böyük heyəcanla gözləyirik. Biz böyük komandayıq və məqsədimiz meydandan qələbə ilə ayrılmaqdır. Bu qarşılaşmaya çox motivasiyalıyam. Vurduğum qollar mənə əlavə güc verir, lakin mənim əsas vəzifəm yalnız qol vurmaq deyil, komandama maksimum fayda verməkdir ki, yaxşı oyun nümayiş etdirək və qalib gələk.
Biz bu arena oynamağı çox sevirik. İnanıram ki, sabah stadionda möhtəşəm bir atmosfer olacaq. Bol qollar vuraraq azarkeşlərimizi sevindirməyə çalışacağıq”.