VAR-a “yox” deyən İsveç: Qərar azarkeşlərindir

05.10.26 | 23:53
Dünya futbolu

Avropanın aparıcı futbol ölkələrində VAR artıq adi hala çevrilsə də, İsveç bu tendensiyadan kənarda qalır. Allsvenskan Avropanın 30 aparıcı liqası arasında VAR-dan istifadə etməyən yeganə çempionatdır.

İsveçdə bu qərarın arxasında azarkeşlərin klub idarəçiliyində söz sahibi olmasına imkan verən “51 faiz qaydası” dayanır. Prinsipə əsasən, klubların səsvermə hüquqlarının ən azı 51 faizi üzvlərində qalmalıdır. Bu isə əsas qərarlarda son sözün investorlar deyil, klub üzvlərinə məxsus olması deməkdir.

2019-cu ildə Allsvenskanın 16 klubunun heç biri VAR-a qarşı çıxmamışdı. Lakin sonrakı illərdə azarkeşlərin klub toplantılarında fəallığı artdı və sistemə etirazlar gücləndi. Klub rəhbərlikləri onların mövqeyini nəzərə aldı və İsveç Futbol Assosiasiyası da VAR-ın çempionatda tətbiqindən imtina etdi.

“51 faiz qaydası” yalnız VAR məsələsini deyil, klubların idarəçiliyini də müəyyənləşdirir. Xarici investorların tam nəzarətinə məhdudiyyət qoyulması Allsvenskanın daha rəqabətli qalmasına imkan verir. “Myallby”, “Hakken” və “Sirius” kimi nisbətən kiçik klubların çempionluq uğrunda mübarizə aparması da bu modelin nəticələrindən biri hesab olunur.

Bununla belə, sistemin maliyyə çatışmazlıqları var. Xarici kapitala çıxışın məhdud olması İsveç klublarını Avropanın daha zəngin liqaları ilə maliyyə rəqabətində çətin vəziyyətə salır. Bu səbəbdən futbolçu satışları əsas gəlir mənbələrindən birinə çevrilib.

Azarkeşlər isə hesab edirlər ki, maliyyə imkanlarının məhdudluğu klub üzərində nəzarəti itirməkdən daha az təhlükəlidir.

Hazırda VAR İsveçdə yalnız kubok oyunlarında və milli komanda görüşlərində tətbiq olunur. Allsvenskanda isə “bir üzv – bir səs” prinsipi qüvvədədir və klubların gələcəyi ilə bağlı əsas söz yenə azarkeşlərindir.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09