Useyn Bolt 40 yaşında futbola qayıdır? Əfsanənin adı İngiltərə klubunda

22.08.26 | 11:01
Dünya futbolu

Yüngül atletika əfsanəsi Useyn Bolt 40 yaşında gözlənilmədən yaşıl meydanlara qayıda bilər. Səkkizqat Olimpiya çempionunun adı İngiltərənin Mançester şəhərini təmsil edən “Uitenşou” (Wythenshawe) həvəskar komandasının heyətində yer alıb.

100 və 200 metr məsafələrə qaçışda dünya rekordlarını hələ də əlində saxlayan yamaykalı ulduzun adı İngiltərə Futbol Assosiasiyasının rəsmi saytında qeydiyyatdan keçib. Lakin komanda bu keçidi hələ rəsmən elan etməyib. Klub məsələ ilə bağlı təfərrüatları açıqlamadığı üçün hazırda bunun gerçək bir transfer, yoxsa marketinq gedişi olduğu bəlli deyil.

Əgər Bolt kluba qoşularsa, komandanın yeganə böyük ulduzu olmayacaq. Son illərdə “Uitenşou” sabiq futbolçuların toplaşdığı məkana çevrilib və heyətində Premyer Liqadan tanıdığımız məşhur simalar yer alıb. İndiyədək Denni Drinkuoter, Antonio Valensiya, Coleon Leskott, Emil Heski, Mark Olbrayton, Nedum Onuoxa və Papiss Sisse kimi tanınmış adlar bu klubun formasını geyiniblər.

Komandaya “Mançester Siti” və İrlandiya millisinin sabiq futbolçusu Stiven Ayrlend baş məşqçilik edir. Təkcə ötən mövsüm komandanın heyətində İngiltərə futbolunun yüksək divizionunda ümumilikdə 1800-dən çox oyun keçirmiş futbolçular çıxış edirdi.

Bolt üçün futbolla bağlılıq heç də yeni deyil. 2017-ci ildə yüngül atletika karyerasını başa vurduqdan sonra o, peşəkar futbolçu olmaq xəyalını gerçəkləşdirməyə çalışmışdı. 2018-ci ildə Avstraliyanın “Sentral Kost Mariners” komandasının düşərgəsinə yollanan əfsanəvi idmançı, “Makartur”la yoldaşlıq matçında iki qol da vurmuşdu. Lakin yekunda onun peşəkar futbol karyerası qurmaq cəhdi alınmamışdı. “Mançester Yunayted”in qatı azarkeşi kimi tanınan Bolt futbola olan sevgisini heç vaxt gizlətməyib və karyerasını bitirdikdən sonra da mütəmadi olaraq xeyriyyə matçlarında iştirak etməklə idmanın bu növünə bağlılığını nümayiş etdirir.

Paylaş:

Xəbər Lenti

Azər Məmmədov: “Ən azı bir xala layiq idik”

28.11.26 | 20:06

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42