Uşaqlıq dostları üz-üzə: Arteta və Alonso ilk dəfə rəqib qismində

05.09.26 | 02:56
Dünya futbolu

Uşaqlıq dostları indi İngiltərə Premyer Liqasının qatı rəqibləri kimi üz-üzə gəlirlər. Bazar günü “Emireyts” stadionunda son çempion “Arsenal”ın baş məşqçisi Mikel Arteta “Çelsi”ni çalışdıran sabiq həmkarı və yaxın dostu Xabi Alonso ilə ilk rəsmi sınağına çıxacaq.

Hər iki komanda yeni mövsümə əla başlayaraq ilk iki turda maksimum nəticə (6 xal) əldə edib. “Topçular” “Koventri” (3:0) və “Aston Villa”ya (1:0) qalib gəldiyi halda, “Çelsi” “Fulhem” (3:2) və “Brayton”u (4:3) məğlub edib.

Dostların yolları məşqçi kimi ilk dəfə 2024-cü ilin avqustunda yoldaşlıq görüşündə kəsişmişdi (həmin vaxt “Arsenal” Alonsonun rəhbərlik etdiyi “Bayer”i 4:1 yenmişdi). Lakin bazar günü baş tutacaq London derbisi onların rəsmi matçlardakı ilk dueli olacaq.

“Bu, ortaq keçmişimizi nəzərə alsaq, inanılmaz bir hissdir. Belə yüksək səviyyədə rəqabət aparmaq və İngiltərənin aparıcı klublarına rəhbərlik etmək möhtəşəm təcrübədir”, – deyə Arteta matçdan öncəki mətbuat konfransında bildirib.

Morqan Rocers, Joao Pedro və Koul Palmer kimi isimlərlə diqqət çəkən “Çelsi”nin hücum xəttini yüksək qiymətləndirən Arteta, matça nəzarətin həlledici olacağını vurğulayıb: “Onlar ilk iki oyunda erkən qollar vuraraq matçın dinamikasını dəyişməyi bacardılar. Alonso taktikasını rəqibə uyğunlaşdırmağı əla bilir. Məhz bu xüsusiyyəti onu belə uğurlu məşqçi edir”.

Yay transfer pəncərəsində adı Xulian Alvarez və Vinisius Junior kimi ulduzlarla hallansa da, Leandro Trossard, Qabriel Jezus və Qabriel Martinelli ilə yollarını ayıran “Arsenal” hücum xəttini yalnız “Brugge”dən Xristos Tsolislə gücləndirib.

Bununla belə, ispaniyalı mütəxəssis transfer bazarındakı fəaliyyətsizliklə bağlı iddiaları rədd edərək komandasının gücünə inandığını qeyd edib: “Transfer pəncərəsi artıq bağlanıb. Mən keçmişi yox, mövcud heyətimizin inanılmaz potensialını düşünməyi üstün tuturam. Qay Haverts, Viktor Gyökereş və Bukayo Saka kimi əla oyunçularımız var. Əminəm ki, hücum gücümüz ötən mövsümdəkindən heç də zəif deyil”.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09