UNFP mükafatları sahibini tapdı: Mbappe üçün kabus, Olise üçün nağıl

12.05.26 | 17:12
Dünya futbolu

2026-cı ilin UNFP mükafatlarının təqdimetmə mərasimi dünya futbol ictimaiyyəti üçün gözlənilməz mənzərə ilə yadda qaldı. Mövsümün yekunlarına həsr olunmuş gecədə əsas diqqət mərkəzində qazananlardan çox, əlişüa qayıdan bir ad var idi: Kilian Mbappe. Fransız superulduz karyerasında ilk dəfə bu mötəbər gecəni heç bir mükafat almadan tərk etdi.

Gecənin ən parlaq ulduzu isə “Bavariya”nın heyətində möhtəşəm mövsüm keçirən Maykl Olise oldu. O, səsvermədə “Real Madrid”in üzvü Rayan Şerkini qabaqlayaraq “Xaricdə çıxış edən ən yaxşı fransız futbolçu” nominasiyasının qalibi seçildi.

Cəmi bir neçə il əvvəl “Kristal Pelas”ın uğurları üçün tər tökən Maykl Olise, cari mövsümdə Münhendə əsl renessans dövrünü yaşayır. “Bavariya” forması ilə meydana çıxdığı 50 matçda 22 qol və 30 məhsuldar ötürməyə imza atan fransız ulduz, inanılmaz bir məhsuldarlıq nümayiş etdirir.

Kilian Mbappe üçün isə “Real Madrid”ə keçid gözlənilən dominantlığı gətirmədi. Zədələr və qeyri-sabit forma səbəbindən Mbappenin çıxışı böyük xəyal qırıqlığına səbəb oldu. İspaniya çempionluğunu əldən verən “Kral Klubu”nun futbolçudan narazı olduğu və ulduz hücumçunun Madridi tərk edə biləcəyi barədə şayiələr artıq gündəmi zəbt edib.

Gecədə yerli liqanın ulduzları və gələcəyin istedadları da diqqətdən kənarda qalmayıb. PSJ-nin cinah oyunçusu Usman Dembele “Mövsümün ən yaxşı fransız futbolçusu” seçilib. Paris təmsilçisinin digər üzvü Dezire Due isə rəqiblərini qabaqlayaraq “İlin ən yaxşı gənc oyunçusu” tituluna sahib çıxıb.

İndi bütün nəzərlər iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək mundiala yönələcək. Mükafat alanlar və tənqid hədəfində olan Mbappe də daxil olmaqla, bütün bu ulduzlar Fransa millisinin uğuru üçün bir araya gələcəklər.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46