UEFA Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində İstanbulda baş tutan “Fənərbaxça” – “Qurnik” (Zabje) matçında yaşanan kütləvi iğtişaşlara reaksiya verib.
Qarşılaşma zamanı Polşa təmsilçisinin azarkeşləri ilə yerli polis qüvvələri arasında kütləvi qarşıdurma baş verib. Hadisədən dərhal sonra 9 Polşa azarkeşinin saxlanıldığı bildirilir.
Avropa futbol qurumu “Interia Sport” nəşrinə verdiyi açıqlamada matçın hesabatlarının təhlil edildiyini təsdiqləyib: “Hazırda İstanbuldakı oyundan daxil olan hesabatlar araşdırılır. Qaydaların pozulması faktı təsdiqini taparsa, dərhal intizam icraatına başlanılacaq. Mümkün sanksiyalar tətbiq olunacağı təqdirdə, bu barədə xüsusi press-relizlə məlumat veriləcək”.
Türkiyədə keçirilən ilk qarşılaşmada meydan sahibləri üstün oynayaraq 1:0 hesablı minimal qələbə qazanıblar. Polşa klubu cavab matçında doğma azarkeşləri önündə məğlubiyyətin əvəzini çıxmağa ümid edir.
Komandalar arasında cavab qarşılaşması 29 iyul çərşənbə günü Zabje şəhərində baş tutacaq.