21 yaşadək futbolçulardan ibarət milli komandanın İspartadakı (Türkiyə) təlim-məşq toplanışının heyətində dəyişiklik edilib. AFFA-dan verilən məlumata görə, “Sabah”ın qapıçısı Rəvan Mirzəməmmədov zədə üzündən düşərgəni tərk edib. Onun yerinə baş məşqçi “Neftçi”nin qolkiperi Nurəziz Əzizovu heyətə cəlb olunub.
Türkiyədə hazırlıq keçəcək yığmamız iki yoxlama oyununda qüvvəsini sınayacaq. Komandamız iyunun 6-da Bəhreyn, iyunun 9-da isə Qırğızıstanın müvafiq yaş qruplarından ibarət yığmaları ilə qarşılaşacaq.