Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandası (U-20) iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
AFFA-nın məlumatına görə, komandamızın rəqibi iraqlı həmyaşıdları olacaq. İlk qarşılaşma noyabrın 17-də Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçiriləcək. Saat 19:00-da başlayacaq görüşdən üç gün sonra, noyabrın 20-də komandalar Bakıda yenidən üz-üzə gələcəklər. “Tofiq Bəhramov” adına Respublika stadionunda keçiriləcək matç saat 16:00-da start götürəcək.
U-20 millimiz hazırda Qəbələdə təlim-məşq toplanışındadır. Komanda hazırlıq prosesini sabah başa vuracaq.