Azərbaycan şahmatçıları Türkiyə Superliqasında klublarının heyətində uğurlu çıxışlarını davam etdirirlər.
Geridə qalan 7 turun nəticələrinə əsasən, qrossmeysterimiz Şəhriyar Məmmədyarovun şərəfini qoruduğu “Beyegan Pendik” 14 xalla turnir cədvəlinə başçılıq edir. Liderin ən yaxın izləyicisi isə digər təmsilçimiz Eltac Səfərlinin çıxış etdiyi “Türk Hava Yolları”dır. Bu komandanın aktivində hazırda 12 xal var.
Qeyd edək ki, avqustun 15-dək davam edəcək mötəbər yarışda Azərbaycanı Aydın Süleymanlı, Rauf Məmmədov, Nicat Abasov, Ülviyyə Fətəliyeva, Xaqan Əhməd və digər tanınmış şahmatçılar da təmsil edirlər.