Türkiyə futbolunda Okan Buruk erası: Tarixi rekordlar alt-üst oldu

10.05.26 | 12:29
Dünya futbolu

“Qalatasaray”ın sükanı arxasında ardıcıl 4-cü, ümumilikdə isə 5-ci çempionluğunu qazanan Okan Buruk, adını türk futbol tarixinə qızıl hərflərlə yazdırdı. O, artıq təkcə uğurlu məşqçi deyil, həm də recordçu bir əfsanədir.

Süper Liqanın 33-cü turunda öz meydanında “Antalyaspor”u 4:2 hesabı ilə məğlub edən “Qalatasaray”, mövsümün bitməsinə bir həftə qalmış çempionluğunu rəsmiləşdirdi. Bu zəfər “cim-bom” üçün tarixdəki 26-cı, baş məşqçi Okan Buruk üçün isə karyerasındakı inanılmaz rekordların başlanğıcı oldu.

Okan Buruk, Türkiyə çempionatları tarixində Fatih Terimdən sonra ardıcıl 4 dəfə çempionluq sevinci yaşayan ikinci məşqçi kimi tarixə düşdü. Terimin 1996-2000-ci illər arasındakı əfsanəvi seriyasını təkrarlayan Buruk, müasir futbol dövründə analoqu olmayan bir sabitlik nümayiş etdirdi.

Bu çempionluqla titullarının sayını 5-ə (4-ü “Qalatasaray”, 1-i “Başakşehir”lə) çatdıran mütəxəssis, “Trabzonspor”un əfsanəsi Ahmet Suat Özyazıçını geridə qoyaraq Türkiyənin ən çox çempion olan ikinci baş məşqçisi statusunu təkbaşına ələ keçirdi. İndi onun önündə yalnız 8 titulla “İmperator” Fatih Terim qərarlaşıb.

Buruku digər həmkarlarından fərqləndirən ən böyük göstərici isə həm futbolçu, həm də məşqçi kimi qazandığı uğurlardır. Futbolçu karyerasında 7 dəfə çempionluq kubokunu qaldıran Buruk, məşqçi kimi qazandığı 5-ci zəfərlə ümumi sayını 12-yə çatdırdı. Bu, Türkiyə futbolu tarixində bir insanın hər iki statusda əldə etdiyi ən yüksək göstəricidir.

Okan Burukun bu uğuru həm də Türkiyədə yerli məşqçi hegemonluğunun növbəti təsdiqi oldu. Belə ki, düz 19 mövsümdür Süper Liqanın zirvəsi yalnız yerli mütəxəssislərə əmanətdir – sonuncu dəfə əcnəbi məşqçi zəfəri 2006/07 mövsümündə braziliyalı Ziko ilə (“Fənərbaxça”) qeydə alınıb.

Paylaş:

Xəbər Lenti

Milli Bakıda iki sınaq matçına çıxacaq

17.06.26 | 13:26

Cəlal Hüseynov “Petrolul”a keçib

17.06.26 | 13:15

Avstriya İordaniyaya üzərində qələbə qazandı

17.06.26 | 09:34

Messi 3 qolla tarixi rekorda çatdı

17.06.26 | 07:52

Norveç İraq üzərində böyük hesablı qələbə qazandı

17.06.26 | 07:57

Alfonso Dominqesdən minimum bürünc

17.06.26 | 07:19

Seneqal Fransaya ikinci hissədə təslim oldu

16.06.26 | 23:28

Alfonso Dominqesdən minimum bürünc

16.06.26 | 23:43

Püşk “Qarabağ”a İslandiya klubunu rəqib seçdi

16.06.26 | 23:14

“Zirə”nin Konfrans Liqasındakı  rəqibi bəlli oldu: “Qartallar” Gürcüstan təmsilçisi ilə qarşılaşacaq

16.06.26 | 23:30

Çempionlar Liqasında püşk atıldı: “Sabah” Uels klubu ilə qatşılaşacaq

16.06.26 | 18:02

Messinin DÇ-2026-dakı “təvazökar” sığınacağı: BILD Argentina düşərgəsinin sirlərini açır

16.06.26 | 17:58

Memonun vida göz yaşları: “Milli komandasız bir karyera təsəvvür edə bilmirəm”

16.06.26 | 17:28

İspanlar çıxılmaz vəziyyətdə: “Bu, tarixi bir uğursuzluqdur!”

16.06.26 | 17:06

Koreya millisində media böhranı: Jurnalistlərin ehtiyatsızlığı komandanı ayağa qaldırdı

16.06.26 | 17:12

“Araz-Naxçıvan” Cavid Hüseynova tapşırıldı

16.06.26 | 16:59

Yubilyar haqqında düşüncələr

16.06.26 | 16:34

Aldanmış Kəvakib

16.06.26 | 14:01

Sabri Lamuşi mundial tarixinə düşdü: Cəmi bir oyundan sonra..

16.06.26 | 11:48

“Bavariya”nın əfsanəsi Mehmet Şollun evinə basqın olub

16.06.26 | 11:39