“Turan Tovuz” Azərbaycan Premyer Liqasının VIII turunda “İmişli”yə 0:1 hesabı ilə uduzaraq çempionatda 50-ci məğlubiyyətini alıb.
Peşəkar Futbol Liqasının məlumatına görə, Tovuz təmsilçisi bu yubiley göstəricisinə Premyer Liqadakı 149-cu oyununda çatıb. Komanda məğlubiyyətlərin 25-ni evdə, digər 25-ni isə səfərdə alıb.
Beləliklə, “Turan Tovuz” Azərbaycan çempionatında 50 və daha çox məğlubiyyət yaşayan 31-ci komanda olub.
Qeyd edək ki, klubun Premyer Liqadakı ilk məğlubiyyəti 2022-ci il avqustun 8-də qeydə alınıb. Həmin vaxt “Turan Tovuz” doğma meydanda “Qəbələ”yə 0:2 hesabı ilə uduzub.