“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev Bakıda Türkiyənin “Fənərbaxça” klubunun prezidenti Aziz Yıldırımla görüşüb.
Görüş zamanı iki klub arasında keçirilməsi planlaşdırılan yoldaşlıq oyunu müzakirə olunub. Tərəflər qarşılaşmanın milli komandaların oyunları ilə əlaqədar sentyabrın ikinci yarısında yaranacaq fasilə dövründə baş tutması barədə razılığa gəliblər.
Bununla yanaşı, görüşdə “Turan Tovuz” və “Fənərbaxça” arasında mümkün əməkdaşlıq perspektivləri də müzakirə edilib. Tərəflər münasibətlərin inkişaf etdirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi ilə bağlı razılıq əldə ediblər.