“Turan-Tovuz” üçün Azərbaycan Premyer Liqasının IX turunda “Neftçi” ilə 1:1 hesablı heç-heçə ilə başa çatan matç əlamətdar olub.
Peşəkar Futbol Liqasının məlumatına görə, Tovuz təmsilçisi Premyer Liqada 150-ci oyununa çıxıb. Bu görüşlərin 76-sı səfərdə keçirilib.
İndiyədək Premyer Liqada 58 qələbə qazanan “Turan Tovuz” 42 dəfə heç-heçə edib, 50 məğlubiyyətlə üzləşib. Komandanın vurduğu və buraxdığı qolların nisbəti 186:174-dür.
“Turan Tovuz” Premyer Liqada 150 oyun həddinə çatan 26-cı klub olub. Komanda yüksək dəstədə ilk matçını 2022-ci il avqustun 8-də “Qəbələ”yə qarşı keçirib və 0:2 hesabı ilə uduzub.