Premyer Liqasında iddiasını artırmağı hədəfləyən «Turan Tovuz» transfer çalışmalarını davam etdirir. Qərb təmsilçisi müdafiə xəttini yeni legionerlə gücləndirdiyini rəsmən açıqlayıb.
Tovuz klubu serbiyalı müdafiəçi Filip Damyanoviçlə 2 illik müqavilə imzalayıb.
28 yaşlı stoperin son klubu Sloveniyanın «Koper» komandası olub. Təcrübəli futbolçu karyerası ərzində Türkiyə Superliqası təmsilçisi «Konyaspor»un da şərəfini qoruyub.