Azərbaycanın qadın voleybol klubu “Turan” Çempionlar Liqasının təsnifat mərhələsində növbəti oyununu keçirib. Ölkə çempionu cavab qarşılaşmasında Xorvatiyada yerli “Mladost”la üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşdə təmsilçimiz 3:2 hesabı ilə qələbə qazanıb.
Çempionlar Liqası, təsnifat mərhələsi
“Mladost” (Xorvatiya) – “Turan” (Azərbaycan) – 2:3 (22:25, 25:21, 23:25, 25:23, 13:15)
İlk matçda da rəqibini 3:0 hesabı ilə məğlub edən “Turan” iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksəlib.
Təmsilçimizin növbəti rəqibi Bolqarıstanın “Maritsa” klubu olacaq.