Tsxadadze: “Pley-offa ciddi hazırlaşırıq”

16.05.26 | 09:23
Ölkə futbolu

Premyer Liqanın XXXII turunda səfərdə “Karvan-Yevlax”ı 2:1 hesabı ilə məğlub edən “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze qarşılaşmadan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

Gürcü mütəxəssis turnir baxımından böyük əhəmiyyət kəsb etməməsinə baxmayaraq, komandasının nümayiş etdirdiyi oyundan razı qaldığını bildirib: “Yaxşı oynadıq və kifayət qədər qol epizodları yaratdıq. Sadəcə, ilk hissədə son nöqtəni qoymaqda bir az çətinlik çəkirdik. İkinci hissənin startında qapımızda qol görsək də, sınmadıq və kombinasiyalı futbol oynamağa davam etdik. İki qol vurduq, amma reallıqda daha çox fərqlənə bilərdik. Meydanda çoxlu pozitiv məqamlar gördüm. Turnir cədvəli baxımından bu oyun hər iki komanda üçün heç nəyi dəyişmirdi, lakin buna baxmayaraq, meydanda keyfiyyətli mübarizə getdi. Futbolçularıma təşəkkür edirəm, matça maksimum ciddi yanaşdılar və baxımlı futbol nümayiş etdirdilər”.

O, pley-off mərhələsindəki potensial rəqiblərin analizinə başlayıb-başlamadıqları ilə bağlı suala isə qısaca belə cavab verib: “Hazırda daxildə tam olaraq nə işlər gördüyümüzü açıqlaya bilmərəm, amma həmin qarşılaşmaya çox ciddi hazırlaşırıq. Potensial rəqiblərimizin hamısını diqqətlə izləyirik”.

Paylaş:

Xəbər Lenti

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28