UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları gözlənilməz nəticə və məşqçi istefası ilə yadda qalıb.
Yay transfer pəncərəsində heyətini dünya ulduzları ilə gücləndirən “Trabzonspor” Macarıstanda “Ferentsvaroş” qarşısında ağır məğlubiyyətə üzülüb. Qara dəniz təmsilçisi rəqibinə 0:4 hesabı ilə uduzaraq Avropa Liqası ilə vidalaşıb və mübarizəni Konfrans Liqasının əsas mərhələsində davam etdirəcək.
“Trabzonspor” üçün qarşılaşmanın taleyini erkən qırmızı vərəqələr müəyyənləşdirib. Ruslan Malinovski 13-cü dəqiqədə, Kabral isə 57-ci dəqiqədə meydandan qovulub. 9 nəfərlə qalan Türkiyə klubu oyunun qalan hissəsində rəqibinin təzyiqi qarşısında tab gətirə bilməyib.
Ağır məğlubiyyətdən sonra “Trabzonspor”un baş məşqçisi Fatih Təkke istefa qərarını açıqlayıb. 18 aydır komandaya rəhbərlik edən mütəxəssis mətbuat konfransında məsuliyyəti üzərinə götürdüyünü bildirib: “Ölkəmiz və klubumuz adına çox kədərli bir gecə yaşadıq. Şübhəsiz ki, bunun əsas məsuliyyəti mənim və məşqçilər korpusunun üzərindədir. Qırmızı vərəqəyə qədər hər şey plan üzrə gedirdi. Çox dərin yaralar vuran oyunlar var, bu da onlardan biri oldu. Taleyin qarşısına keçmək olmur. Özümə bu cəzanı kəsərək 18 aydır davam etdirdiyim vəzifəmdən ayrılıram”.
Türkiyənin digər təmsilçisi “Beşiktaş” isə səfərdə Litvanın “Kauno Jalqiris” klubuna 0:1 hesabı ilə məğlub olub. Lakin İstanbul təmsilçisi ilk oyunda əldə etdiyi 3:0 hesablı inamlı qələbənin hesabına iki görüşün yekununda üstünlüyünü qoruyaraq Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Beləliklə, “Trabzonspor”un Avropa Liqası macərası məyusluqla başa çatsa da, “Beşiktaş” turnirin əsas mərhələsində mübarizəsini davam etdirəcək.
UEFA Avropa Liqası. Pley-off mərhələsi, cavab oyunları
«İberiya 1999» (Gürcüstan) – «Yagelloniya» (Polşa) 1:2
(ilk oyun – 0:4)
Naçkebiya, 35 – İmas, 31-pen., Klyunge, 70
«Ararat-Armenia» (Ermənistan) – «Universitate» (Krayova, Rumıniya) 1:0
(ilk oyun – 1:1)
Lima, 90+8
«Zaltsburq» (Avstriya) – «Myalbü» (İsveç) – 3:0
(ilk oyun – 1:0)
Konate, 61, 67, Tabakoviç, 80
«Lillestrem» (Norveç) – «Eqnatiya» (Albaniya) 2:1
(ilk oyun – 0:0)
Foss, 82, Olsen, 94 – Sota, 33
«Kauno Jalqiris» (Litva) – «Beşiktaş» (Türkiyə) 1:0
(ilk oyun – 0:3)
De Oliveyra, 64
«Omoniya Nikosiya» (Kipr) – «Sent-Tryuyden» (Belçika) – 4:2
(ilk oyun – 0:1)
Dioni, 16-pen., 29, 50, Panayotu, 82 – Sebaui, 33-pen., 90+2
«Viktoriya» (Plzen, Çexiya) – «Srvena Zvezda» (Serbiya) 5:1
(ilk oyun – 1:4)
Adu, 8, Vişinski, 58, Hroşovski, 63, Kabonqo, 90+5, Krçik, 96 – İvaniç, 11
«Orhus» (Danimarka) – «Benfika» (Portuqaliya)1:3
(ilk oyun – 1:3)
Karstensen, 60 – Prestianni, 19, 61, Rafa Silva, 56
«Tyun» (İsveçrə) – «Lex» (Poznan, Polşa) 2:1
(ilk oyun – 0:7)
Lenqen, 22, Dursun, 43 – Qumnı, 17
ÇSKA (Sofiya, Bolqarıstan) – OFI (Yunanıstan) 0:2
(ilk oyun – 0:3)
Nuss, 36, Teodosulakis, 78
«Anderlext» (Belçika) – «Kayrat» (Qazaxıstan) 3:0
(ilk oyun – 3:0)
Cvetkoviç, 45+2-pen., Sikan, 53, Byankone, 71
«Ferentsvaroş» (Macarıstan) – «Trabzonspor» (Türkiyə) 4:0 O’Dovda, 19, Korbu, 54, Dele, 59-pen., Listeş, 86