Ölkəmizin tanınmış yüngül çəkili MMA döyüşçüsü Tofiq Musayev dünyanın ən nüfuzlu qarışıq döyüş növləri təşkilatı olan UFC-də növbəti qələbəsini qazanıb.
Serbiyanın paytaxtı Belqrad şəhərində təşkil olunan turnir çərçivəsində oktaqona çıxan təmsilçimiz Slovakiya idmançısı Lyudovit Klaynla qarşılaşıb. Gərgin keçən döyüşün sonunda rəqibinə üstün gələn Musayev UFC karerasında ikinci qələbəsini rəsmiləşdirib.