Tbilisidən son durum: Millimizin hesabında 4 medal var

18.04.26 | 19:32
Digər növlər

Gürcüstanda keçirilən cüdo üzrə Avropa çempionatı Azərbaycan yığması üçün gərgin mübarizə və növbəti medal sevinci ilə davam edir. Yarışın üçüncü günündə daha dörd təmsilçimiz tatami üzərinə çıxıb.

Günün əsas qəhrəmanı Zelim Tskayev (81 kq) olub. Yarışa birbaşa ikinci mərhələdən başlayan cüdoçumuz ilk görüşündə sloveniyalı Naçe Herkoviçə qalib gəlib. 1/8 finalda bolqarıstanlı Qeorqi Qramatikovu, 1/4 finalda isə komanda yoldaşı Ömər Rəcəblini mübarizədən kənarlaşdıran serbiyalı Vasiliye Qruiçiçi məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə gürcüstanlı ulduz Tato Qriqalaşviliyə uduzan Zelim bürünc medal uğrunda həlledici qarşılaşmaya çıxıb. Belçikalı tanınmış cüdoçu Mattias Kasse ilə gərgin keçən mübarizədən qalib ayrılan Tskayev fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Eyni çəki dərəcəsində mübarizə aparan Ömər Rəcəbli startda rusiyalı Əbdülkərim Tasuyevi məğlub etsə də, 1/8 finalda Vasiliye Qruiçiç səddini keçə bilməyərək yarışı vaxtından əvvəl başa vurub.

90 kq çəki dərəcəsində çıxış edən Murad Fatiyev isə ilk görüşündə rumıniyalı Aleks Kretlə bacarmayıb və turnirlə vidalaşıb.

Qadınların mübarizəsində Südabə Ağayeva (70 kq) inamlı startla diqqət çəkib. O, ardıcıl olaraq Maya Qoşen (İsrail) və Kelli Petersen Pollarda (Böyük Britaniya) qalib gələrək 1/8 finala adlayıb. Lakin bu mərhələdə macarıstanlı Şofi Ozbaşla qarşılaşma təmsilçimiz üçün uğursuz bitib.

Hazırda mmillimizin hesabında 4 medal var: Hidayət Heydərov (73 kq) ikinci, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tskayev (81 kq) yarışı üçüncü pillədə başa vrublar.

Paylaş:

Xəbər Lenti

Konfrans Liqası: “Zirə” Gürcüstanda üstünlüyünü qorumağa çalışacaq

16.07.26 | 13:41

ÇL: I təsnifat mərhələsinin nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05