Tarmo Kink: “Daha cəsarətli oynadıq və təhlükəli tərəf biz idik”

24.07.26 | 00:09
Ölkə futbolu

Estoniyanın “Payde” klubunun baş məşqçisi Tarmo Kink UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında “Zirə” üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib. Estoniyalı mütəxəssis komandasının nümayiş etdirdiyi cəsarətli oyunu xüsusi vurğulayıb və Bakıdakı cavab matçı barədə fikirlərini bölüşüb.

Görüşün ilk dəqiqələrində “Zirə”nin təzyiqinə məruz qaldıqlarını bildirən Kink, qapıçı Ebrima Jarju komandanı xilas etdiyini xatırladıb: “Qələbədən razı qala bilərik. Oyunun əvvəlində çətinlik çəkirdik, amma bu, futbolun bir hissəsidir. “Zirə” ilk saniyələrdən bizi təəccübləndirdi  və qonaqların təhlükəli zərbəsini qapıçımız barmaqlarının ucu ilə dirəyə yönəltdi. Həmin anda ayağa qalxmağa belə vaxt yox idi. Sadəcə, rəqib analitik videolarda gördüyümüzdən bir qədər fərqli futbol oynadı. İlk dəqiqələrdə buna uyğunlaşmaq çətin olsa da, sonradan müdafiədə çox yaxşı işlədik. İkinci hissədə isə daha aqressiv və cəsarətli çıxış etdik. Ümumi epizodları qiymətləndirsək, düşünürəm ki, meydanda daha təhlükəli tərəf biz idik.”

Baş məşqçi komandanın avrokuboklardakı qollarının əksəriyyətini qambiyalı futbolçuların (Abdurahman Badamosi, Modu Sohna və Pa Abdu Çam) vurmasına da münasibət bildirib: “Mənim üçün qolu Xenri Anier, yoxsa qambiyalı futbolçuların vurmasının heç bir fərqi yoxdur. Bütün heyətdəki bütün dəyişikliklərini komandanın xeyrinə edirəm. Qolu Baranov vuracaq, ya Badamosi, bu, əsas məsələ deyil”.

Mövsümün gedişində sükan arxasına keçən mütəxəssis, komandada artıq onun oyun xəttinin hiss olunduğunu vurğulayıb: “Bu, ən azı bir mövsümlük hazırlıq tələb edən uzun prosesdir. Lakin futbolçuların göstərdiyi səylərə görə minnətdaram. Artıq əsl komanda kimi görünürük. Avrokubok oyunları tamamilə fərqli atmosferdir. Nəzəriyyədə istədiyimiz futbol haqqında müxtəlif təsəvvürlər yarada bilərik, amma meydanda bunu gerçəkləşdirən oyunçulardır. Komandamın bir-birini və özünü daim irəli aparmağa çalışması məni çox sevindirir”.

Görüşün onun məşqçilik karyerasındakı ən böyük uğur olub-olmaması ilə bağlı suala isə Kink belə cavab verib: “Oyun bitəndən cəmi 10 dəqiqə keçib, bunu düşünməyə vaxtım olmayıb. “Flora”üzərindəki qələbə də bizə böyük inam vermişdi. İstənilən halda qələbə qələbədir. Bu gün üstünlüyümüzü nəticəyə çevirdik, amma bu, cavab matçı üçün hələ heç nəyi həll etmir”.

Cavab qarşılaşmasının planlarından danışan estoniyalı mütəxəssis Bakıdakı hava şəraitinin ciddi faktor olacağını qeyd edib: “Əgər orada hesab 0:0 olsa, bu bizim üçün yaxşı nəticə sayılar. Amma sadəcə müdafiəyə qapanmaq fikrimiz yoxdur. Oynamalıyıq. Taktikada müəyyən dəyişikliklər ola bilər, lakin futbolçulara yalnız müdafiə olunacağıq deməyəcəyəm. Burada çox şey oyunçuların düzgün qərar verməsindən və intuisiya hissindən asılıdır. Səfər oyunu tamam fərqli olacaq  və bizi 35 dərəcə isti gözləyir. Etiraf edim ki, orada çox çətin olacaq.”

Sonda qələbənin qeyd edəcəsinizmi sualını Kink zarafatla cavablandırıb: “Nəyi qeyd edək? Qarşıdurmanın yalnız birinci hissəsini? Amma qələbə qazandıq, buna görə sevinmək olar. Futbolçular bir pivə içə, sonra isə gedib dincələ bilərlər. Bu, həqiqətən də çox şirin bir pivə olacaq”.

Paylaş:

Xəbər Lenti

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31

Konfrans Liqasında turun diqqətçəkən oyunları: “Frayburq” – “Tvente”, ÇSKA – “Trabzonspor”

26.11.26 | 02:58

Avropa Liqasında turun diqqətçəkən oyunları: “Olimpiakos” – “Milan”, “Beşiktaş” – “Hapoel”

26.11.26 | 02:42

Dambrauskas “Barselona” ilə oyundan nəticə çıxardı: “Çox şey öyrəndik”

26.11.26 | 01:02

Flik Bakıda gördüyü dəyişikliklərdən danışdı: “İnqilabi inkişaf hiss etdim”

26.11.26 | 01:32

“Turan” Çempionlar Liqasına məğlubiyyətlə başladı

26.11.26 | 01:09

“Sabah”ın növbəti rəqibi “Vilyarreal” Praqa sınağından çıxdı

26.11.26 | 01:56

Bakı Qordonun sevimli şəhərinə çevrilir: 2 oyunda 6 qol

26.11.26 | 00:26

“Sabah”ın iki fərqli üzü: ilk hissədə ümid, ikinci yarıda çöküş

26.11.26 | 00:03

 Bir hissə müqavimət, doqquz dəqiqəlik çöküş

26.11.26 | 00:57

“Turan”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi bəlli oldu

25.11.26 | 20:29

“Şamaxı” və “Turan Tovuz”a 11 min manat cərimə, baş məşqçilərə 3 oyunluq cəza

25.11.26 | 20:12

“Sabah”ın U-19 komandası “Barselona”ya böyük hesabla uduzdu

25.11.26 | 18:43