I Liqada XXVI tura yekun vurulub. Turnir cədvəlinin lideri “Şəfa” doğma meydanda “Cəbrayıl”ı qəbul edib.
Qarşılaşmadan öncəki riyazi hesablamalar sadə idi: Bakı təmsilçisi qələbə qazanacağı, yaxud ən yaxın izləyicisi “Səbail”in xal itirəcəyi təqdirdə, mövsümün başa çatmasına bir tur qalmış çempionluğunu rəsmiləşdirəcəkdi. Komanda işini təsadüfə və ya rəqiblərin nəticələrinə buraxmaq niyyətində olmadığını nümayiş etdirib. Şəfa” doğma meydanda “Cəbrayıl”ı minimal hesabla üstələyərək turnirin bitməsinə bir tur qalmış I Liqanın çempionu olub. Buzovna qəsəbə stadionunda qazanılan bu qələbə komandaya elitanın qapılarını açıb və Premyer Liqaya birbaşa vəsiqə qazandırıb.
Turun digər nəticələri: “Şimal” – “Difai” 0:1, “Mingəçevir” – MOİK 3:1, “Səbail” – “Şahdağ Qusar” 0:0, “Baku Sportinq” – “Zaqatala” 3:0.
Komandaların durumu: 1. Şəfa – 57, 2. Səbail – 50, 3. Mingəçevir – 48, 4. Baku Sportinq – 48, 5. Şahdağ Qusar – 42, 6. MOİK – 30, 7. Zaqatala – 25, 8. Cəbrayıl – 24