Superkompüter DÇ-2026-nın çempionunu elan etdi: Argentinaya ağır zərbə!

09.07.26 | 01:00
Dünya futbolu

DÇ-2026-da çempionluq yarışı 8 komanda arasında davam edir. İyulun 19-da kuboku qazanacaq komanda artıq bəllidir. “Opta Analyst” analitik mərkəzinin superkompüteri 1/4 final mərhələsinin iştirakçıları üçün şansları yenidən hesablayıb. Siyahıya Fransa liderlik etsə də, titulu qorumağa çalışan Argentina ilə bağlı proqnozlar gözlənilməz olub.

Analitiklərin qənaətinə görə, turnirin qalibi adına ən yaxın namizəd fransızlardir. Kilian Mbappe və komandasının yarımfinala yüksəlmək şansı 73,9%, finala çıxmaq ehtimalı 44,3%, çempionluğu qazanmaq şansı isə 27,3% kimi dəyərləndirilir. Bu, yarışda qalan komandalar arasında göstərilən ən yüksək nəticədir.

Fransanın ən yaxın izləyicisi İspaniyanın yarımfinal ehtimalı 69,7%, final şansı 36,4%, çempionluq ehtimalı isə 21,3% təşkil edir.

Argentinanın çempionluq şansı Fransadan 10% azdır. Son dünya çempionu Argentina siyahıda 3-cü sıranı qərarlaşıb. “Albiseleste”nin yarımfinala çıxmaq şansı 69,1%, finala yüksəlmək ehtimalı 36,4%, kuboku yenidən qazanmaq şansı isə 17,3% qiymətləndirilir.

İngiltərə milli komandası dördüncü pillədə qərarlaşıb. Superkompüter ingilislərin yarımfinal şansını 62,4%, final ehtimalını 35%, çempionluq göstəricisini isə 16,5% hesablayıb. Qeyd edək ki, bu nəticə Argentinadan cəmi 0,8% azdır və hər iki komanda yarımfinalda üz-üzə gələ bilər.

Superkompüterin hesablamasına görə, əsas favoritlər halqası burada qapanır. 5-ci sırada qərarlaşan Norveçin yarımfinal ehtimalı 37,6%, final şansı 17,1%, çempionluq ehtimalı isə 6,6%-dir.

Siyahının son pillələrində qərarlaşan İsveçrə, Mərakeş və Belçika millilərinin çempionluq şansları isə kifayət qədər aşağı qiymətləndirilir. İsveçrənin yarımfinala yüksəlmək ehtimalı 30,9%, final şansı 11,5%, çempionluq göstəricisi isə cəmi 3,8%-dir. Mərakeş üçün bu göstəricilər müvafiq olaraq 26,1%, 9,6% və 3,7% təşkil edir. Cədvəlin autsayderi olan Belçikanın isə yarımfinala çıxmaq şansı 30,3%, finala adlamaq ehtimalı 9,8%, turnirin qalibi olmaq imkanı isə cəmi 3,6%-dir.

Paylaş:

Xəbər Lenti

ÇL: Birinci raundun nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41