Azərbaycan Basketbol Liqasında (ABL) mübarizə aparan “Sumqayıt” klubunun sükanı arxasına keçəcək mütəxəssis dəqiqləşib.
Komandanın yeni mövsümdən türkiyəli məşqçi Uğur Özdemirə tapşırıldığı açıqlanıb. Tərəflər arasında 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Uğur Özdemir ölkə basketbolsevərlərinə tanış simadır. O, 2022–2024-cü illərdə Azərbaycan Basketbol Liqasında çıxış edən “Xırdalan”ın (hazırda “LANDAU Lions”) çalışdırıb və onun rəhbərliyi altında komanda iki dəfə ardıcıl olaraq çempionatın yarımfinalına yüksəlib. Zəngin təcrübəyə malik gənc mütəxəssis karyerası ərzində Türkiyənin “Türk Telekom”, “Daruşafaka”, “Çankaya Universiteti” və “Giresun” kimi tanınmış klublarında da işləyib.
Xatırladaq ki, Azərbaycan Basketbol Federasiyasının İdarə Heyətinin qərarına əsasən, klubların qeydiyyat tələblərinin qiymətləndirilməsi nəticəsində 2026/2027 mövsümündə “Sumqayıt” yenə ABL-də aparacaq.