İyulun 3-5-də ABŞ-ın Şarlott şəhərində rapid və blits üzrə beynəlxalq şahmat turniri keçiriləcək. Daniel Naroditskinin xatirəsinə həsr olunan yarışda ölkəmizi qrosmeysterlər Aydın Süleymanlı və Vasif Durarbəyli təmsil edəcəklər.Şahmatçılarmız Fabiano Karuana, Hikaru Nakamura (hər ikisi ABŞ), Cavohir Sindarov (Özbəkistan) kimi dünya elitasının üzvləri ilə mübarizə aparacaqlar. Turnirin ümumi mükafat fondu 50 000 ABŞ dolları təşkil edir