Stern Con: “Məni məğlubiyyət yox, qolların sayı məyus etdi”

27.03.26 | 22:42
Ölkə futbolu

Sumqayıtda təşkil olunan FIFA Series turniri çərçivəsində millimizə böyük hesabla məğlub olan Sent-Lusiya yığmasının baş məşqçisi Stern Con qarşılaşmadan sonra mətbuat konfransında çıxış edib. Təcrübəli mütəxəssis gözlənilməz nəticəni və komandasının buraxdığı ciddi xətaları şərh edib.

Matçın gedişatını dəyərləndirən baş məşqçi, oyunun əvvəlində təyin olunan penaltinin planlarını pozduğunu bildirib: “Açığı, belə bir nəticə gözləmirdik. Startda qapımıza təyin olunan penaltı işimizi çətinləşdirdi. Rəqibin fiziki və taktiki cəhətdən bizə ciddi təzyiq göstərəcəyini bilirdik. Təəssüf ki, çox bəsit səhvlərə yol verdik. Bu səviyyədə isə xətalar mütləq cəzalandırılır”.

Azərbaycana gəlmək üçün uzun yol qət etdiklərini xatırladan S.Con, turnirdə cəmi bir oyun keçirmələrindən narazılığını gizlətməyib: “Bura gələnə qədər dörd təyyarə reysi dəyişmişik, çox uzun yol qət etdik. Əslində iki yoldaşlıq görüşü keçirməyi planlaşdırırdıq. Hər bir halda, bu, bizim üçün böyük təcrübə oldu. Avropa təmsilçisi ilə qarşılaşdıq. Lakin cəmi bir oyunla kifayətlənməyimiz məyusedici məqamdır”.

Rəqibin oyun üslubunu tərifləyən mütəxəssis, Azərbaycanın güclü kollektiv olduğunu vurğulayıb: “Azərbaycan millisi çox yaxşı təşkilatlanmış komandadır, topla davranmaq bacarıqları yüksəkdir. Futbolçularıma bu oyuna ciddi yanaşmağı tapşırmışdım. Azərbaycan Fransa və Ukrayna kimi top-komandalara qarşı oynamış təcrübəli kollektivdir. Əlbəttə ki, qapımızda bu qədər qol görmək istəməzdik”.

Məğlubiyyətə baxmayaraq, baş məşqçi bu oyunun gənc futbolçular üçün önəmli dərs olduğunu qeyd edib: “Məni məyus edən məğlubiyyətin özü deyil, buraxılan qolların sayıdır. Amma gənc oyunçularımız üçün bu, əvəzsiz bir təcrübədir. Evə döndükdən sonra başladığımız layihəni və inkişaf yolumuzu davam etdirəcəyik”.

Paylaş:

Xəbər Lenti

Milli Bakıda iki sınaq matçına çıxacaq

17.06.26 | 13:26

Cəlal Hüseynov “Petrolul”a keçib

17.06.26 | 13:15

Avstriya İordaniyaya üzərində qələbə qazandı

17.06.26 | 09:34

Messi 3 qolla tarixi rekorda çatdı

17.06.26 | 07:52

Norveç İraq üzərində böyük hesablı qələbə qazandı

17.06.26 | 07:57

Alfonso Dominqesdən minimum bürünc

17.06.26 | 07:19

Seneqal Fransaya ikinci hissədə təslim oldu

16.06.26 | 23:28

Alfonso Dominqesdən minimum bürünc

16.06.26 | 23:43

Püşk “Qarabağ”a İslandiya klubunu rəqib seçdi

16.06.26 | 23:14

“Zirə”nin Konfrans Liqasındakı  rəqibi bəlli oldu: “Qartallar” Gürcüstan təmsilçisi ilə qarşılaşacaq

16.06.26 | 23:30

Çempionlar Liqasında püşk atıldı: “Sabah” Uels klubu ilə qatşılaşacaq

16.06.26 | 18:02

Messinin DÇ-2026-dakı “təvazökar” sığınacağı: BILD Argentina düşərgəsinin sirlərini açır

16.06.26 | 17:58

Memonun vida göz yaşları: “Milli komandasız bir karyera təsəvvür edə bilmirəm”

16.06.26 | 17:28

İspanlar çıxılmaz vəziyyətdə: “Bu, tarixi bir uğursuzluqdur!”

16.06.26 | 17:06

Koreya millisində media böhranı: Jurnalistlərin ehtiyatsızlığı komandanı ayağa qaldırdı

16.06.26 | 17:12

“Araz-Naxçıvan” Cavid Hüseynova tapşırıldı

16.06.26 | 16:59

Yubilyar haqqında düşüncələr

16.06.26 | 16:34

Aldanmış Kəvakib

16.06.26 | 14:01

Sabri Lamuşi mundial tarixinə düşdü: Cəmi bir oyundan sonra..

16.06.26 | 11:48

“Bavariya”nın əfsanəsi Mehmet Şollun evinə basqın olub

16.06.26 | 11:39