Serbiya derbisində böyük qalmaqal

16.09.26 | 23:36
Dünya futbolu

Serbiya Superliqasının VIII turunda baş tutan 180-ci “Əbədi derbi” meydandakı mübarizədən daha çox tribunada baş verən qalmaqallı hadisələrlə yadda qalıb. “Rayko Mitiç” stadionunda “Srvena Zvezda” və “Partizan” komandaları arasında keçirilən və təxminən 30 min azarkeşin izlədiyi matçda meydan sahiblərinin tərəfdarları soyqırımında təqsirli bilinən hərbi cinayətkar Ratko Mladiçə həsr olunmuş aksiyalar keçiriblər.

Görüşdən əvvəl “Srvena Zvezda”nın şimal tribunada Srebrenitsa soyqırımı və müharibə cinayətlərinə görə ömürlük həbs cəzası almış bosniyalı serblərin keçmiş komandiri Ratko Mladiçin böyük fotosundan ibarət xoreoqrafiya nümayiş etdirilib. Fanatlar Mladiçin şərəfinə pankart açıb və onun adını şüar şəklində səsləndiriblər. Ən diqqətçəkən məqam isə futbolçular meydanda olarkən Mladiçin xatirəsinə bir dəqiqəlik sükutun elan edilməsi olub. Diktorun “Neka mu je vecna slava” (“Ona əbədi şərəf olsun”) sözlərindən sonra tribunalar dəstək şüarları ilə coşub.

Bu olay “Srvena Zvezda”nın oxşar hərəkətə görə UEFA tərəfindən cəzalandırılmasından cəmi bir neçə gün sonraya təsadüf edir. Xatırladaq ki, avqustun 27-də Avropa Liqasının “Viktoriya” (Plzen) ilə matçında fanatların Mladiçi vəsf edən şüar və pankartlarına görə UEFA Belqrad təmsilçisini 90 min avro cərimələmiş, həmçinin komandanı səfər matçlarında azarkeş dəstəyindən məhrum etmişdi. Hətta klubun rəsmi sosial şəbəkə hesabında “General, əbədi şərəf və təşəkkürlər” sözləri yazılmış bannerin fotosu paylaşıldıqdan sonra Srebrenitsa Memorial Mərkəzi də UEFA-ya rəsmi şikayət ünvanlamışdı.

İndi isə qitə futbol qurumunun “Srvena Zvezda”ya qarşı daha ağır sanksiyalar tətbiq edib-etməyəcəyi maraq doğurur.

 Gərgin atmosferdə keçən oyuna gəldikdə isə, “Partizan” artıq 1-ci dəqiqədə hesabı açsa da, “Srvena Zvezda” geridönüş edərək qələbə qazanıb – 2:1.

Arayış: 1992–1995-ci illərdə Bosniya müharibəsi zamanı serb qüvvələrinə komandanlıq etmiş Ratko Mladiç Srebrenitsada 8 mindən çox bosniyalının qətliamına və Sarayevonun mühasirəsinə görə Beynəlxalq Haaqa Tribunalı tərəfindən ömürlük həbs cəzasına məhkum edilmişdi. 84 yaşlı Mladiç avqustun 27-də Haaqadakı BMT həbsxanasının xəstəxanasında vəfat edib.

Paylaş:

Xəbər Lenti

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31