Seneqal və Mərakeşə ağır cəzalar

29.01.26 | 14:12
Dünya futbolu

Afrika Millətlər Kubokunun dramatik finalı təkcə meydandakı oyunla deyil, həm də qarşılaşmadan sonra verilən sərt intizam qərarları ilə futbol dünyasının gündəminə düşüb. Seneqal millisinin çempionluğu ilə başa çatan matçdan sonra Afrika Futbol Konfederasiyası (CAF) hər iki komandanı və futbol funksionerlərini ağır sanksiyalara məruz qoyub.

Seneqalın 1:0 hesablı qələbəsi ilə yekunlaşan final oyununun ən gərgin anları ikinci hissəyə əlavə olunmuş 24-cü dəqiqədə yaşanıb. Mərakeşli oyunçu Brahimin penalti zərbəsini “panenka” üslubunda yerinə yetirməsi, lakin qapıçı Eduar Mendinin bu topu asanlıqla dəf etməsi matçın qırılma nöqtəsi olub. Penalti təyini zamanı yaşanan etirazlar o həddə çatıb ki, Seneqal millisi bir müddət meydanı tərk edib. Məhz bu hərəkətlər və matç boyu davam edən insidentlər CAF-ın sərt qərarlarına zəmin yaradıb.

CAF-ın İntizam Komitəsi Seneqalın baş məşqçisi Pap Tiavanı “qeyri-idman davranışı”na görə 5 oyunluq disvalifikasiya edib və 100 min dollar mərimə kəsib. Komandanın aparıcı üzvləri İliman Ndiay və İsmayila Sarr da hakimə qarşı davranışlarına görə 2 oyunluq cəza alıblar. Seneqal Futbol Federasiyası isə həm komandanın, həm də azarkeşlərin tribuna iğtişaşlarına görə ümumilikdə 615 min dollar məbləğində rekord cərimə ödəyəcək.

Mərakeş tərəfinin “Seneqal meydanı tərk etdiyi üçün nəticə ləğv edilsin” tələbi CAF tərəfindən rədd edilib. Əksinə, Mərakeş Kral Futbol Federasiyası da intizamsızlığa görə 315 min dollar cərimələnib. Buna səbəb kimi topdaşıyanların davranışı, VAR zonasına icazəsiz müdaxilələr və azarkeşlərin lazer işıqlarından istifadə etməsi göstərilib.

Komandanın ulduz futbolçusu və kapitanı Aşraf Hakimi 2 oyunluq (biri şərti), qapıçıya dəsmalını götürməyə mane olan İsmael Saybari isə 3 oyunluq cəza alaraq komandalarını vacib oyunlarda yalnız qoyublar.

Paylaş:

Xəbər Lenti

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59