Seneqal millisində qalmaqal

02.07.26 | 18:59
Dünya futbolu

Dünya Çempionatının 1/16 finalında Belçikaya qarşı 2:0 hesablı üstünlüyü əldən verərək 2:3 hesabı ilə məğlub olan və turnirlə vidalaşan Seneqal millisində gərginlik yaşanır. Komandanın 27 yaşlı yarımmüdafiəçisi Pape Qeye məşqçilər korpusu istefa verməyincə yığmada oynamayacağını açıqlayıb.

“Vilyarreal”ın ulduzu Belçika ilə matçdakı dramatik məğlubiyyətdən sonra “Instagram” hesabında etdiyi paylaşımda narazılığını açıq şəkildə ifadə edib: “Turnirlə vidalaşmağımız barədə daha sonra danışacağam. Amma indidən bəyan edirəm ki, hazırkı məşqçilər korpusu vəzifəsində qaldığı müddətdə milli komandadan fasilə götürürəm”.

Futbolçunun baş məşqçi Pape Tiau və onun köməkçiləri – fransız Teddi Pellerin və seneqallı Lamin Dianla konkret hansı məsələdə problem yaşadığı hələlik məlum deyil.

Xatırladaq ki, Seneqal yığmasının sabiq kapitanı, hazırda isə komandaya rəhbərlik edən Pape Tiaunun fəaliyyəti əvvəllər də birmənalı qarşılanmayıb. O cümlədən, 2025-ci ildə Mərakeşdə keçirilən Afrika Millətlər Kubokunun finalında haqsız penalti qərarına etiraz olaraq komandasını meydandan çıxarması və bunun ardınca Seneqalın çempionluq titulundan məhrum edilməsində o da günahkarlardan biri hesab olunur.

Seneqal yığmasında meydana çıxdığı 45 matçda 7 qol vuran Pape Qeye DÇ-2026-da komandasının bütün oyunlarda start heyətdə yer alıb. Yarımmüdafiəçi qrup mərhələsinin son turunda İraqla qarşılaşmada dubla imza atmışdı.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24