Saşa İliç: “Beskorovaynıy ilə münaqişə xəbəri feykdır”

12.04.26 | 22:41
Ölkə futbolu

“Sumqayıt”ın “Turan Tovuz” qarşısındakı uğursuz çıxışı azarkeşlər arasında sual işarələrini artırıb. İlk dəqiqələrdəki “qorxaq futbol” və buraxılan qollar komandanın Avrokubok xəyallarını rəsmən bitirsə də, mətbuat konfransının əsas mövzusu meydandan kənarda baş verənlər olub. Baş məşqçi Saşa İliç rəqibə məğlubiyyəti şərh etməzdən əvvəl, ukraynalı müdafiəçi Danilo Beskorovaynıy ilə münaqişədə olması barədə yayılan xəbərlərə “nüqtə” qoymağa çalışıb.

Son günlər mətbuatda Danilo Beskorovaynıy ilə baş məşqçi arasında gərginlik yaşandığına dair yayılan xəbərlərə toxunan İliç, bu iddiaları kəskin şəkildə təkzib edib: Mənim Danilo ilə konflikt yaşadığımı yazan jurnalist buradadırBu xəbər 100 faiz yalandır. Belə dezinformasiyaların yayılması üç tərəf üçün də — həm oyunçu, həm klub, həm də şəxsən mənim üçün çox üzücüdür. Danilonun heyətdə yer almamasının səbəbi tam başqadır. Bayram fasiləsində Ukraynada bəzi sənəd işləri olduğu üçün məşqlərə üç gün gecikmişdi. Oynamamasının yeganə səbəbi budur”.

Matçın gedişatını dəyərləndirən baş məşqçi, startda buraxılan səhvlərdən gileylənib: “Turan-Tovuz”la oyunlar hər zaman çətin keçir. Görüşün ilk 15 dəqiqəsində meydanda sanki qorxaq bir futbol sərgilədik. Bunun səbəbini dəqiq bilmirəm, bəlkə də stadiondakı ab-hava oyunçulara təsir etdi. Məhz öz səhvlərimizdən qollar buraxdıq.  İkinci yarıdakı çıxışımızdan razıyam. Oyuna nəzarət tam bizim əlimizdə idi, lakin bu, hesabı dəyişmək üçün kifayət etmədi”.

Hakimlik məsələsinə də toxunan serbiyalı mütəxəssis, xırda detalların nəticəyə birbaşa təsir etdiyini vurğulayıb. O, “Araz-Naxçıvan” və “Neftçi” ilə oyunlardakı mübahisəli epizodları xatırladaraq, bugünkü matçda da əlavə vaxtın az verilməsindən narazılığını bildirib.

Artıq Avrokubok şanslarının qalmadığını etiraf edən İliç, qalan oyunlarda maksimum nəticə və gözəl oyun üçün çalışacaqlarını qeyd edib.

Aşağı pillələrdə qərarlaşan rəqiblərin xal fərqini azaltması fonunda “Sumqayıt”ın elitadan düşmə ehtimalı barədə sualı cavablandıran İliç nikbin danışıb: “Futboldur, hər şey ola bilər. Qarşıda hələ 6 oyunumuz var. Lakin mən Premyer Liqanı tərk edəcəyimizə inanmıram və belə bir qorxum yoxdur”.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46