“Sampdoriya”nın sabiq hücumçusu Françesko Flakki Azərbaycan U-21 millisinin üzvü Lorenzo Mezzotero barədə müsbət fikirlər səsləndirib.
2008-ci il təvəllüdlü hücumçunun son çıxışlarını dəyərləndirən Flakki onun böyük potensiala malik olduğunu və inkişafı üçün dəstək görməli olduğunu bildirib.
“Əvvəla, o, komandada çox yaxşı təsir bağışlayıb və bu gəncə dəstək olmaq lazımdır. Hazır olmaq üçün çox çalışmalı, özünü həsr etməlidir. Amma onun, şübhəsiz, yaxı keyfiyyətləri var.
Yanvarda daha bir hücumçu transfer etmək istəməzdim. Çünki bu futbolçu klubun akademiyasından yetişib və onun inkişafına dəstək olmaq istəyirəm. Böyüməsi üçün ona imkan yaradardım”, – deyə Flakki bildirib.
Mezzotero “Virtus Entella” ilə görüşdə qol vurduqdan sonra “Karrrareze” ilə qarşılaşmada “Sampdoriya”nın start heyətində meydana çıxıb.
