Klubun mətbuat xidmətindən verilən məlumata görə, “astronavtlar” braziliyalı müdafiəçi Sezarla yollarını ayırıb. Tərəflər arasında imzalanan müqavilənin müddəti başa çatdığı üçün əməkdaşlığa xitam verilib.
Qeyd edək ki, şamaxılılar yeni mövsümə hazırlıq çərçivəsində heyətin optimallaşdırılması istiqamətində işlərini davam etdirir.