Mövsümün transfer çalışmalarını fasiləsiz davam etdirən “Şafa” daha bir əcnəbi futbolçunun keçidini rəsmiləşdirib.
Klub rəhbərliyi niderlandlı yarımmüdafiəçi Dilan Mertens ilə razılıq əldə edib. 30 yaşlı təcrübəli futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Karyerası ərzində müxtəlif Avropa klublarının şərəfini qorumayan Mertens, daha əvvəl ölkəsinin “Telstar” və “Volendam”, Bolqarıstanın “Botev” (Plovdiv), həmçinin Rusiyanın “Fakel” komandalarında çıxış edib.