Premyer Liqanın debütantı “Şafa” yay transfer pəncərəsində növbəti addımını atır. Paytaxt təmsilçisi Rumıniyanın “Unirea” (Slobozia) klubunun mərkəz yarımmüdafiəçisi Vlad Popla anlaşıb
25 yaşlı rumıniyalı futbolçu ilə “1+1” sxemi üzrə müqavilə imzalanıb. Klubun yeni transferi yaxın vaxtlarda ictimaiyyətə rəsmən təqdim olunacaq.
Yeri gəlmişkən, bu Popun karyerasındakı ilk legioner həyatı olacaq. O, indiyə qədər yalnız vətənində çıxış edib və “Unirea”dan başqa, Rumıniyanın “Universitatya” (Krayova) və “Mioveni” klublarının da formasını geyinib.