Konfrans Liqasında mübarizəyə hazırlaşan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov rəqib Torpedo (Kutaisi) haqqında fikirlərini bölüşüb: “Komandanı təcrübəli alman mütəxəssis çalışdırır.Hazırda Gürcüstan çempionatı davam edir və bunu rəqib üçün üstünlük saymaq olar. Rəqibə hörmətlə yanaşırıq. Oyuna ciddi hazırlaşıb, inşallah sonda mərhələ keçən tərəf olmaq istəyirik”.