“Sabah”ın rəqibləri üz-üzə gəlib: “Barselona”dan möhtəşəm geridönüş

22.11.26 | 21:06
Dünya futbolu

İspaniya La Liqasının son turunda “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri – “Barselona” və “Vilyarreal” üz-üzə gəlib. “Kamp Nou”da keçirilən qarşılaşmada kataloniyalılar fasiləyə 0:2 hesabı ilə geridə yollansalar da, ikinci hissədə əzmkar oyun nümayiş etdirərək 3:2 hesablı qələbəyə seviniblər.

Görüşün 5-ci dəqiqəsində Fermin Lopesin kobud səhvindən sonra Teycon Byukenen topu ələ keçirərək baxımlı qolla “Vilyarreal”ı hesabda önə çıxarıb. Cəmi iki dəqiqə sonra Tani Oluvaseyi cinahdan gələn ötürməni qəbul edərək topu qapının yuxarı küncünə göndərib və qonaqların üstünlüyünü iki topa çatdırıb.

İlk hissənin ortalarında Lamin Yamal penaltini dəqiq yerinə yetirə bilməyib. Beləliklə, komandalar fasiləyə “Vilyarreal”ın 2:0 hesablı üstünlüyü ilə yollanıblar.

“Barselona”nın yarımmüdafiəçisi Pedri ilk hissədəki uğursuz çıxışı belə şərh edib: “Matça istədiyimiz kimi başlaya bilmədik. İlk hissədə qol vurmaq üçün imkanlarımız, o cümlədən penalti şansımız oldu. Ancaq top qapıdan keçmək istəmirdi. İkinci hissədə isə tamam başqa “Barselona” gördük”.

Fasilədən 12 dəqiqə sonra meydan sahibləri hesab arasındakı fərqi azaldıblar. Pedrinin künc zərbəsindən ötürməsini Cerar Martin başla dəqiq tamamlayıb. Cəmi dörd dəqiqə sonra isə Fermin Lopes ilk qoldakı səhvinin əvəzini çıxaraq hesabı bərabərləşdirib. Lamin Yamalın ötürməsindən sonra topla irəliləyən yarımmüdafiəçi rəqib qapısına yol tapıb – 2:2.

Lakin Fermin üçün qarşılaşmanın gərgin anları bununla bitməyib. O, 68-ci dəqiqədə əvəzləndikdən sonra Entoni Qordonun iştirakı ilə baş verən epizodda penalti təyin edilməməsinə etiraz edib. Nəticədə hakim futbolçunu texniki zonadakı etirazına görə qırmızı vərəqə ilə cəzalandırıb.

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik bu epizodla bağlı narazılığını gizlətməyib: “Dördüncü hakim diqqətini yalnız bizim ehtiyat oyunçular skamyasına yönəltmişdi. Mən meydanda hakimlərə kömək etməyə çalışıram. Nə baş verdiyini və onun Ferminə nə dediyini bilmirəm”, – deyə Flik “Marca”ya açıqlamasında bildirib.

Qarşılaşmanın 74-cü dəqiqəsində “Barselona” hesabda önə keçib. Erik Qarsiyanın ötürməsindən sonra top Pau Navarronun qarşısına düşüb. Müdafiəçinin topu uzaqlaşdırmaq cəhdi uğursuz alınıb və o, avtoqolla komandasını çətin vəziyyətə salıb – 3:2.

Əlavə olunmuş dəqiqələrdə isə Pau Navarro ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Pedri qələbəyə baxmayaraq, komandasının oyuna zəif başlamasından nəticə çıxarmalı olduğunu vurğulayıb: “Matça çox pis başladıq. Belə halların bir daha təkrarlanmaması üçün üzərimizdə işləməliyik. Hər gün belə güclü komanda ilə qarşılaşmaq fürsəti olmur”.

Bu qələbədən sonra xallarını artıran “Barselona” La Liqanın turnir cədvəlinə başçılıq edir. Kataloniya klubu ən yaxın izləyicisi “Real”ı 3 xal qabaqlayır. “Vilyarreal” isə 9-cu pillədə qərarlaşıb.

Paylaş:

Xəbər Lenti

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15