“Sabah”la oyunlar öncəsi “Orxus”da qapıçı intriqası: Bir nömrə dəyişir?

02.08.26 | 15:27
Ölkə futbolu

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Sabah”ın rəqibi olan Danimarkanın “Orxus” (AGF) klubunda diqqətçəkən dəyişikliklər müşahidə olunur.

Uzun müddətdir AGF-nin çərçivəsini inamla qoruyan təcrübəli qapıçı Yesper Hansenin Çempionlar Liqasının “Lex”lə cavab oyunundakı cəzalı durumu gənc Mads Hedensteda şans verdi. Fürsətdən maksimum yararlanan norveçli qolkiper sərgilədiyi parlaq oyunla diqqətləri üzərinə çəkib. Hedensted bu çıxışı ilə baş məşqçi Yakob Poulsenin rəğbətini qazanaraq Superliqanın növbəti turunda, “Lünqbyu”ya qarşı matçda da əsas heyətdə yer alıb.

AGF-nin baş məşqçisi Yakob Poulsen Viaplay-a açıqlamasında seçimini belə əsaslandırıb: “Komandadakı yanaşmamız belə olmalıdır: əgər futbolçu şans qazanırsa və yüksək səviyyəli oyun nümayiş etdirirsə, növbəti matçda da start heyətdə yer almağa layiqdir. Madsı məhz bu səbəbdən seçdim”.

Məşqçinin bu addımı “Yesper Hansen AGF-nin bir nömrəli qapıçısı statusunu Mads Hedensteda təhvil verirmi?” sualını gündəmə gətirib. Poulsen isə qapıçı xəttindəki rəqabətdən rahat olduğunu bildirib: “Belə düşündüyümü deyə bilmərəm. Xoşbəxtlikdən, heyətimizdə son dərəcə istedadlı və oyun üslubları baxımından bir-birinə çox bənzəyən iki qapıçı var. Buna görə də tam rahatam. Bir oyunda biri, növbəti qarşılaşmada isə digəri qapını qoruya bilər. Adətən komandalar iki fərqli qapıçıdan istifadə etdikdə müdafiə xətti ilə onlar arasında müəyyən anlaşılmazlıqlar və uyğunlaşma problemləri yaranır. Bizdə isə belə bir risk yoxdur. Bu baxımdan özümüzü şanslı hesab edə bilərik”.

Analitiklər hesab edir ki, AGF-nin qapı xəttindəki bu rotasiya və rəqabət “Sabah”la keçiriləcək vacib qarşılaşmalar öncəsi Danimarka təmsilçisinin heyət seçimində əsas intriqalardan birinə çevriləcək.

Paylaş:

Xəbər Lenti

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15