UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Sabah”ın rəqibi müəyyənləşib. Azərbaycan çempionu bu mərhələdə Danimarkanın “Orxus” klubu ilə qarşılaşacaq.
İlk oyunda səfərdə “Orxus”u 4:1 hesabı ilə məğlub edən Polşa çempionu “Lex” cavab görüşündə doğma azarkeşləri önündə sensasiyalı məğlubiyyət alıb. Danimarka təmsilçisi əsas vaxtı eyni hesabla (4:1) qalib başa vuraraq ümumi hesabı bərabərləşdirib və matç əlavə vaxta, daha sonra isə penaltilər seriyasına qədər uzanıb. Penalti zərbələrində daha dəqiq oynayan “Orxus” (4:3) növbəti mərhələyə yüksələrək “Sabah”ın rəqibi olub.
Xatırladaq ki, “Sabah” II təsnifat mərhələsində Finlandiya çempionu KuPS-u hər iki görüşdə məğlub edib (1:0, 2:0). Bununla da Valdas Dambrauskasın komandası avrokuboklarda klub tarixinin ən böyük uğuruna imza ataraq minimum Konfrans Liqasının əsas mərhələsində iştirakını təmin edib. İndi isə Bakı təmsilçisi Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlmək uğrunda mübarizə aparacaq.
II təsnifat mərhələsinin cavab oyunları
“Kayrat” (Qazaxıstan) – “Omoniya” (Kipr) 1:0 (ilk oyun – 0:1, pen. 6:5)
“Kauno Jalqiris” (Litva) – “Klaksvik” (Farer ad.) 1:0 (0:0)
“Lex” (Polşa) – “Orxus” (Danimarka) 1:4 (4:1, pen. 3:4)
“Universitatya Krayova” (Rumıniya) – “Levski” (Bolqarıstan) 2:2 (0:1)
“Hapoel Beer-Şeva” (İsrail) – “Vikinqur” (İslandiya) 2:0 (1:2)
“Qurnik Zaqlembe” (Polşa) – “Fənərbaxça” (Türkiyə) 1:1 (0:1)
“Srvena Zvezda” (Serbiya) – “Larn” (Şimali İrlandiya) 5:0 (4:0)
“Slovan” (Slovakiya) – “İberiya 1999” (Gürcüstan) 1:1 (2:0)
III təsnifat mərhələsinin cütlükləri
“Ararat-Armeniya” (Ermənistan) – “Çelye” (Sloveniya)
“Dinamo Zaqreb” (Xorvatiya) – “Kauno Jalqiris” (Litva)
“Levski” (Bolqarıstan) – “Kayrat” (Qazaxıstan)
“Myalbü” (İsveç) – “Slovan Bratislava” (Slovakiya)
“Olimpiakos” (Yunanıstan) – “Neymegen” (Niderland)
“Orxus” (Danimarka) – “Sabah” (Azərbaycan)
“Fənərbaxça” (Türkiyə) – “Şturm” (Avstriya)
“Hapoel Beer-Şeva” (İsrail) – “Srvena Zvezda” (Serbiya)
“Sparta Praqa” (Çexiya) – “Lion” (Fransa)
“Yunion Sent-Jilluaz” (Belçika) – “Bude Qlimat” (Norveç)
III təsnifat mərhələsinin ilk oyunları avqustun 4-5-də, cavab matçları isə avqustun 11-də keçiriləcək.