“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Slaviya”nı (Praqa) 2:0 hesabı ilə məğlub etməsi ökləmizin klublarının cari avrokubok mövsümündəki qələbə sayını 14-ə çatdırıb. Bununla da yeni rekord qeydə alınıb.
Peşəkar Futbol Liqasının məlumatına görə, ölkə təmsilçiləri indiyədək avrokuboklarda bir mövsüm ərzində ən çox 13 qələbə qazanmışdılar. Bu göstərici 2023/24 mövsümündə qeydə alınmışdı.
Cari mövsümdə qələbələrin 7-si “Sabah”ın, 4-ü “Qarabağ”ın, 2-si “Zirə”nin, 1-i isə “Neftçi”nin payına düşür.
Beləliklə, Azərbaycan klubları əvvəlki rekordu yeniləyərək avrokuboklarda bir mövsüm ərzində qazanılan qələbələrin sayını 14-ə yüksəldiblər.