“Sabah” – “Zirə” finalına böyük maraq: 6000-ə yaxın bilet artıq satılıb

06.05.26 | 19:48
Ölkə futbolu

Ölkə kubokunun həlledici qarşılaşmasına olan maraq pik həddə çatıb. Peşəkar Futbol Liqasının (PFL) son məlumatına görə, bakılıların prinsipial rəqabətinə səhnə olacaq final matçı üçün artıq 6000-ə yaxın bilet sahibini tapıb.

“Palms Sports Arena”nın ümumi 8031 nəfərlik azarkeş tutumu olduğunu nəzərə alsaq, tribunalarda boş yerlərin sürətlə tükəndiyini söyləmək olar. Reqlamentə əsasən hər iki finalçı kluba ilkin olaraq 1500 bilet ayrılıb. Klubların tələbata uyğun olaraq əlavə bilet almaq imkanı saxlanılır.

Təşkilatçılar final həyəcanını zirvəyə daşımaq üçün genişmiqyaslı hazırlıqlar görürlər. Oyun günü azarkeşlər üçün xüsusi fan-zonalar fəaliyyət göstərəcək, stadionun ərazisində final atmosferini canlandıracaq müxtəlif əyləncəli tədbirlər keçiriləcək.

Xatırladaq ki, “Sabah” – “Zirə” qarşılaşması mayın 13-də keçiriləcək. Görüşün start fiti saat 20:00-da səslənəcək.

Paylaş:

Xəbər Lenti

Millimiz Qırğızıstana uduzdu

09.06.26 | 23:05

“Zirə” Anatoli Nuriyevlə vidalaşdı

09.06.26 | 23:13

Məmmədyarov Erigaisi ilə heç-heçə etdi, Muradlı isə liderdir

09.06.26 | 23:21

“Qarabağ”ın yay hazırlıq planı məlum oldu

09.06.26 | 23:29

Ruy Jorje debüt matçında qələbə qazandı

09.06.26 | 23:54

“Sumqayıt”ın sabiq çalışdırıcısı “Partizan”da

09.06.26 | 23:14

Üç futbolçu paytaxt klubunu tərk etdi

09.06.26 | 17:29

Tovuzlular kapitanla vidalaşdı

09.06.26 | 17:30

Şotlandların qərarı Norveçin baş məşqçisini hövsələdən çıxardı

09.06.26 | 17:52

Xəyal Əliyev  Madridə yollandı

09.06.26 | 16:52

Afrikanın ən yaxşı hakimi ABŞ-a buraxılmadı

09.06.26 | 14:20

TV proqram

09.06.26 | 13:37

DÇ-2026-nın təqvimi

09.06.26 | 13:52

“Şafa” “Sabah”ın sabiq qolkiperi ilə anlaşdı

09.06.26 | 13:52

Roberto Çevoli: “Məqsədimiz Azərbaycanla oyunda maksimum gücümüzü göstərməkdir”

09.06.26 | 12:09

Məmmədyarov uduzdu

09.06.26 | 00:50

Ayxan Abbasovdan sərt tələb: “Klublarında 7-8 dəqiqə oynamaqla kifayətlənməməlidirlər!”

09.06.26 | 00:05

Sumqayıt Konfrans Liqasının oyunlarına hazırlaşır

08.06.26 | 20:33

“Şəfa” yeni mövsümün hazırlıqlarına iyulda başlayacaq

08.06.26 | 20:54

“Sumqayıt”ın yeni baş məşqçisi bəlli oldu

08.06.26 | 14:21