UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Sabah”la Uels “Nyu Sents”ı adasındakı qarşılaşmadan əvvəl keçiriləcək baş məşqçilərin mətbuat konfranslarının vaxtı müəyyənləşib.
Klubun rəsmi saytının məlumatına görə, “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskas iyulun 6-sı saat 17:15-də Şüvəlanda yerləşən Ağır Atletika Akademiyasının zalında media nümayəndələrinin suallarını cavablandıracaq. Elə həmin gün saat 18:15-də “Sabah”ın Futbol Mərkəzində komandanın rəsmi matçöncəsi məşqi start götürəcək.
Uels təmsilçisinin sükanı arxasında əyləşən Kreyq Harrison isə mətbuat konfransına saat 19:15-də başlayacaq. Bu görüşdən 45 dəqiqə sonra qonaqların “Bank Respublika Arena”da son məşqi planlaşdırılır.
“Sabah” – “Nyu Sents” qarşılaşması iyulun 7-də Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq. Görüşün start fiti saat 20:00-da səslənəcək.