UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Sabah” – TNS (Uels) oyunlarının hakim təyinatları açıqlanıb.
İyulun 7-də saat 20:00-da Masazırda baş tutacaq ilk qarşılaşmanı polşalı hakim Patrik Qriskieviç idarə edəcək.
Bir həftə sonra Uelsdə keçiriləcək cavab matçının baş hakimi isə ispaniyalı Mateu Buskets Ferrer olacaq. “Park Hall” stadionunda oynanılacaq bu görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.