“Sabah”dan tarixi və inamlı debüt: “Bayquşlar” ÇL-ə qələbə ilə başladı

07.07.26 | 22:42

“Sabah” klubu tarixində ilk dəfə qədəm qoyduğu UEFA Çempionlar Liqasında möhtəşəm başlanğıca imza atıb. Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda, 1-ci təsnifat mərhələsinin ilk oyununda Uels təmsilçisi “Nyu-Sents”i doğma divarlar arasında iki cavabsız qolla məğlub edərək cavab qarşılaşması öncəsi böyük üstünlük qazanıb.

Masazırdakı “Bank Respublika Arena”da keçirilən və polşalı referi Patrik Qrickeviçin idarə etdiyi meydan sahibləri ilk dəqiqələrdən oyuna nəzarəti ələ alıblar.

Matçın ilk yarısında qonaq komanda tam heyətlə müdafiəyə çəkilərək “Sabah”ın hücumlarının qarşısını almağa çalışıb. Aleksey İsayev və Timoteuş Puxaçın aktivliyi ilə rəqib qapısı önündə təhlükəli anlar yaransa da, Coy-Lans Mikkels və Aaron Maludanın başla zərbələri ilk hissədə hesabı açmağa kifayət etməyib. Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

İkinci yarıya daha sürətli başlayan “Sabah” axtardığı qolu 66-cı dəqiqədə tapıb. Puxaçın künc zərbəsindən ötürdüyü topu Velko Simiç dəqiq zərbə ilə rəqib toruna qovuşduraraq klubun Çempionlar Liqası tarihindəki ilk qolunun müəllifi olub: 1:0.

Qoldan sonra da təzyiqi azaltmayan “bayquşlar” 84-cü dəqiqədə fərqi ikiyə çıxarıblar. Bu dəfə ilk qolun müəllifi Simiç assistentlik edib; onun incə ötürməsini meydana sonradan daxil olan Kahim Perris soyuqqanlı şəkildə qola çevirib: 2:0.

Qarşılaşmanın son dəqiqələri gərgin anlarla yadda qalıb. 90+2-ci dəqiqədə rəqibin əks-hücumunun qarşısını qayda pozuntusu ilə kəsən müdafiəçi Stiv Solve ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Lakin qalan qısa müddətdə hesabı qorumağı bacaran “Sabah” meydandan 2:0 hesablı inamlı qələbə ilə ayrılıb.

Qeyd edək ki, bu komandalar arasındakı cavab qarşılaşması iyulun 14-də Uelsin Osvestri şəhərində keçiriləcək.

Sabah (Azərbaycan) – Nyu Sents (Uels) 2:0 (0:0)

Qollar: Velko Simiç (66), Kahim Perris (84)

“Sabah”: Stas Pokatilov, Stiv Solve, Rəhman Daşdəmirov, Akim Zedadka, Timoteuş Puxaç, İvan Lepinitsa, Umarali Raxmonaliyev (Orfe Mbina, 60), Aleksey İsayev (Ksander Severina, 77), Velko Simiç, Aaron Maluda (Kahim Perris, 77), Coy-Lans Mikkels (Eydent Makkarti, 90+4)

“Nyu Sents”: Neitan Şeppard, Cek Bodenhem, Dainel Simeu, Den Uilyams, Daniel Redmond (k), Dominik Korness, Leo Smit, Oin Farrell, Ris Hyuz, Ben Klark (Rayan Brobbel, 68), Cordan Uilyams (Daniel Devis, 89)

Baş hakim: Patrik Qrickeviç (Polşa)

Sarı vərəqələr: Mikkels, Zedadka, C.Uilyams, Solve, D.Uilyams

Qırmızı vərəqə: Stiv Solve (90+2 – ikinci sarı vərəqə)

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24