UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah” – “Orxus” (Danimarka) qarşılaşmasına azarkeş marağı pik həddə çatıb.
Bakı təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, kritik qarşılaşma üçün satışa çıxarılan bütün biletlər artıq tamamilə tükənib.
Klub rəhbərliyi arena ərazisində yarana biləcək sıxlığın qarşısını almaq və azarkeşlərin tribunalara rahat, maneəsiz daxil olmasını təmin etmək məqsədilə fanatlara stadiona matçın startından ən azı 2 saat əvvəl gəlməyi tövsiyə edir.
Bu gün “Bank Respublika Arena”da oynanılacaq “Sabah” – “Orxus” qarşılaşması saat 20:00-da başlayacaq. İlk matçda “Orxus” 2:1 hesabı ilə qalib gəlib.