UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçiriləcək “Sabah” (Azərbaycan) – “Orhus” (Danimarka) oyununun hakim heyətində dəyişiklik edilib.
Qarşılaşma əvvəlcə Portuqaliyadan olan hakimlər briqadasına tapşırılsa da, son qərara əsasən, oyunu Fransadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Matçın baş hakimi Villi Delajo olacaq. Ona yan xətlərdə Ervan Finjan və Valanten Evrar köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Erik Vatellye yerinə yetirəcək. VAR sistemində isə Bastyen Deşpi çalışacaq.
Qeyd edək ki, “Sabah” – “Orhus” qarşılaşması avqustun 11-də Masazırdakı “Bank Respublika Arena”da təşkil olunacaq və saat 20:00-da start götürəcək.